Beyrutdakı partlayışla bağlı ən son vəziyyət

14:22 | 07.08.2020
Beyrutdakı partlayışla bağlı ən son vəziyyət

Beyrutdakı partlayışla bağlı ən son vəziyyət

Livanın paytaxtı Beyrutda partlayış nəticəsində ölənlərin sayı 154-ə yüksəlib, xəstəxanalarda isə ağır vəziyyətdə 120 vətəndaş var.

Anews.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə avqustun 7-də Livanın səhiyyə naziri Hamed Həsən məlumat verib.

Onun sözlərinə görə, ağır vəziyyətdə olanların sayı çox olduğundan ölənlərin sayı arta bilər.

Nazir bildirib ki, yaralıların ümumi  sayı 5 minə yaxındır.

Bir müddət əvvəl 137 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

Xatırlatma: Avqustun 4-də Beyrutda Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında partlayış olub. Ölkə paytaxtında fövqəladə vəziyyət elan edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb