Ali təhsil müəssisələrində bir sıra hallarda imtahanlar üzbəüz keçirilə bilər, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
"Amma müəyyən istisnalar da mümkündür. Ola bilər ki, hansısa ixtisaslar üzrə buraxılış işlərinin müdafiəsi ənənəvi formada keçirilsin. Tövsiyə edilir ki, imkan olduğu qədər bütün proseslər - qiymətləndirmələr, sənədlərə baxılma, müsahibələr onlayn formada, məsafədən həyata keçirilsin. Amma bir sıra hallarda bu, mümkün olmaya da bilər. Belə halda üzbəüz imtahanların keçiriləcəyi istisna deyil. Ancaq belə olduqda imtahanların keçirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq ertdiyi təlimata uyğun keçiriləcək”.
C.Bayramov əlavə edib ki, sonuncu kurs tələbələrinin təxminən 80 faizi yekun dövlət imtahanı verirdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !