• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi ölkələrdən Azərbaycana quş əti idxalına məhdudiyyət qoyulub

Bəzi ölkələrdən Azərbaycana quş əti idxalına məhdudiyyət qoyulub
12.09.2024 18:08
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.Bu barədə AQTA məlumat yayıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, İngiltərənin Yorkşir və Humber regionunda, Çexiyanın Karlovar diyarında, İsveçrənin Bazel-Landşaft, Bazel-Ştadt, Turqau kantonlarında blutanq, Butan Krallığının Çxukha rayonunda və Nigeriyanın Delta ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Belə ki, Yorkşir və Humber regionunda, Karlovar diyarında və Bazel-Landşaft, Bazel-Ştadt, Turqau kantonlarında xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Çxukha rayonunda və Delta ştatında isə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
 
Məlumatda qeyd olunub ki, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həm də qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə də müraciət olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:19
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Cəmiyyət 20:37
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə layihələri müzakirə edib
Cəmiyyət 20:15
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə layihələri müzakirə edib
Qəbələnin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Cəmiyyət 19:36
Qəbələnin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinat olub
Cəmiyyət 19:06
Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinat olub
Azərbaycanda 123 vəkillə bağlı intizam icraatı başlanılıb
Cəmiyyət 18:22
Azərbaycanda 123 vəkillə bağlı intizam icraatı başlanılıb
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb
Cəmiyyət 18:10
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb
Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub
Cəmiyyət 17:19
Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub
DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib
Cəmiyyət 17:10
DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox