Bəzi məhbusların aclıq aksiyası keçirməsi məlumatına - MÜNASİBƏT

14:08 | 22.01.2019
Bəzi məhbusların aclıq aksiyası keçirməsi məlumatına - MÜNASİBƏT

Bəzi məhbusların aclıq aksiyası keçirməsi məlumatına - MÜNASİBƏT

Penitensiar Xidmət bəzi kütləvi informasiya vasitələrində bir neçə məhbusun aclıq aksiyası keçirməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Anews.az xəbər verir ki, xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov "Report”un sorğusuna cavabında bildirib ki, hazırda qurumun tabeçiliyində olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir.

"Bunlar yanlış məlumatlardır və ictimai fikri çaşdırmağa yönəlib”, - deyə, M.Sadıqov əlavə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM