Martın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 5-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 19-da bəzi cənub və qərb rayonlarında az yağıntı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !