• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Bəzi rayonlarda yağış yağacaq - Hava proqnozu

Bəzi rayonlarda yağış yağacaq - Hava proqnozu
03.04.2024 12:37
Aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhərdən başlayan güclü şimal-qərb küləyi axşama doğru mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında səhər şimal və qərb rayonlarından başlayaraq havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru qərb rayonlarından başlayaraq yağıntılar kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Siyasət 00:02
Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 23:02
Azərbaycan XİN Pakistana başsağlığı verib
Prezident Davosda görüşlər keçirib - Yenilənib
Siyasət 22:30
Prezident Davosda görüşlər keçirib - Yenilənib
Ceyhun Bayramov Marko Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Siyasət 20:30
Ceyhun Bayramov Marko Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Prezident Davosda Braziliyanın "BTG Pactual" şirkətinin sədri ilə görüşüb
Siyasət 19:09
Prezident Davosda Braziliyanın "BTG Pactual" şirkətinin sədri ilə görüşüb
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
Siyasət 18:07
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb
Siyasət 16:59
Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb
2 səfir Şəhidlər Xiyabanını ziyarət etməyib
Siyasət 16:00
2 səfir Şəhidlər Xiyabanını ziyarət etməyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol