Bilal Ərdoğan ifadə verməyə hazır olduğunu deyir

10:49 | 24.01.2014
Bilal Ərdoğan ifadə verməyə hazır olduğunu deyir

Bilal Ərdoğan ifadə verməyə hazır olduğunu deyir

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan ölkədə baş verən korrupsiya qalmaqalı ilə bağlı ifadə verməyə hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.

Məlumata əsasən, Bilal Ərdoğanın vəkili deyib ki, Baş nazirin oğlu bu vaxta qədər ifadə verməyə çağırılmayıb.Qeyd edək ki, 2013-cü il dekabrın 17-də İstanbulda və Ankarada keçirilən xüsusi əməliyyat zamanı onlarla şəxs, o cümlədən bir neçə nazirin övladı və tanınmış iş adamları saxlanılıb. Saxlamalar korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışı ittihamları əsasında həyata keçirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM