Bilal Haye: "Azərbaycanlı dostlarımızın Pakistana gəlməsini istəyirik"

18:43 | 05.08.2021
Bilal Haye:

Bilal Haye: "Azərbaycanlı dostlarımızın Pakistana gəlməsini istəyirik"

"Pakistan Azərbaycana uçuşlara başlamağa hazırdır. Mən bilən, "AZAL” da buna hazırdır. Viza işlərinin başlamasını gözləyirik. Təyyarə uçuşlarının gəlir gətirməsi üçün insanlar səyahət etməlidirlər, bunun üçün də viza lazımdır”.

Bunu Anews.az-a Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye bildirib.

"Hazırda Azərbaycan hökuməti Pakistan və başqa ölkələrin vətəndaşlarına viza verməyi dayandırıb. Ümidvarıq ki, viza verilməsi yenidən başlayanda Bakı ilə İslamabad arasında birbaşa təyyarə uçuşları da başlayacaq” – deyən səfir iki paytaxt arasında uçuşun 3 saat olduğunu dilə gətirib: "Bu, həm iş adamları, həm də turistlər üçün gözəl fürsət olacaq. Uçuşların başlaması ilə böyük turist axını gözləyirik. Azərbaycanlı dostlarımızın Pakistana gəlməsini istəyirik”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb