Biləcəri dəmiryolu stansiyasında bədbəxt hadisə olub, ölən var

21:00 | 14.08.2019
Biləcəri dəmiryolu stansiyasında bədbəxt hadisə olub, ölən var

Biləcəri dəmiryolu stansiyasında bədbəxt hadisə olub, ölən var

Biləcəri stansiyasında bədbəxt hadisə baş verib.

"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova "APA-Economics"ə bildirib ki, bu gün səhər saatlarında "Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb. Əli Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM