Biləsuvar rayonunda oğurluq hadisəsi baş verib. ANS PRESS xəbər verir ki, rayonun Heydər Əliyev prospektində Şahin Şahbazova məxsus ərzaq dükanından ümumi dəyəri 10 000 manata yaxın olan pul və siqaret oğurlanıb. Ərzaq dükanında, eləcə də, yaxınlıqdakı təhlükəsizlik kameralarında oğruların bir yox, bir neçə nəfər olduğu müəyyənləşib. Oğurluq hadisəsində digər maraqlı məqam odur ki, soyğunçular işlərini peşəkarlıqla yerinə yetiriblər.Oğrular Hollivud filmlərindəki kimi “peşəkarlıq” göstərib, avtomobildən düşərək dükana tərəf irəliləyən oğru qapını cəmi 7 saniyə içərisində açır. Dükanın içində kameraların olacağından ehtiyatlanan şəxsiyyəti hələ ki məlum olmayan soyğunçu tanınmaması üçün üzünə maska da keçirib.Digər maraqlı məqam odur ki, soyğunçuların idarə etdiyi “VAZ-2107” markalı avtomobilin arxa hissəsindəki işıqlar nömrənin oxuna bilməməsi üçün söndürülüb. Biləsuvar rayon polis şöbəsindən verilən məlumata görə, hələ ki məlum oğurluq hadisəsilə bağlı saxlanılan yoxdur. Soyğunçuların tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !