Biləsuvarda yol qəzası olub, 3 nəfər yaralanıb

22:30 | 09.03.2023
Biləsuvar rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Xırmandalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 1985-ci il təvəllüdlü R.Məmmədov, 1985-ci il təvəllüdlü H.Hüseynova və 1989-cu il təvəllüdlü K.İsparov xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb