Bilik Günü bu il fərqli tarixdə keçirildi - VİDEO

17:58 | 22.09.2021
Bilik Günü bu il fərqli tarixdə keçirildi - VİDEO

Bilik Günü bu il fərqli tarixdə keçirildi - VİDEO

Bu gün I-IV siniflər üzrə 643 333 nəfər şagird ənənəvi tədrisə başlayıb.
 
Məktəbə yeni başlayan birinci siniflər üçün ilk zəng çalınıb.
 
Anews.az Bilik Günündən görüntüləri təqdim edir:


 
İbtidai siniflərdə ilk dərslər "Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
 
2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində də ənənəvi şəkildə tədrisə başlanılacaq.

 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM