Bu barədə BBC xəbər yayıb.
Milyarder bildirib ki, GAVI-nin ("Bill and Melinda Gates” Fondu tərəfindən dəstəklənən Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans) məqsədi 7,4 milyard dollar toplamaqdır:
"GAVI koronavirus peyvəndini inkişaf etməkdə olan ölkələrə çatdırmaqla məşğul olacaq”.
Qeytsin sözlərinə görə, ilk peyvənd epidemiyanın davam etdiyi ölkələrin həkimlərinə, onlardan sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına və təcili yardım xidmətlərinə verilməlidir:
"Əgər onların qorunması təmin edilərsə, qalan insanlara keçmək olar... Bunu bütün dünya miqyasında etmək lazımdır”.(oxu.az)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !