ANN.Az "Report"a istinadən xəbər verir ki, internet resurslarından birində Bill Qeytsə suni intellektin insan həyatına təsiri barədə sual verilib və Qeyts cavabında bildirib ki, onun fikrincə, hazırda süni intellekt bəşəriyyət üçün təhlükə yaratmır, lakin bu, gələcəkdə dəyişə bilər.
"Mən o insanlardanam ki, superintellektin bəşər üçün təhlükə yarada biləcəyini hesab edirəm. Əvvəlcə maşınlar bizim işimizi görəcək və o qədər də ağıllı olmayacaq. Bir neçə onilliklər sonra isə maşınlar ağıllanacaqlar ki, bu da bizim üçün təhlükəli ola bilər. Mən başa düşmürəm axı bu nə üçün əksər insanları narahat etmir", - Bill Qeyts bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !