"Microsoft" şirkətinin rəhbəri Bil Qeyts dünyanın ən kasıb ölkələrində malyariya və başqa yoluxucu xəstəliklərlə mübarizəyə 500 milyon dollardan çox yardım göstərəcək. O, bu barədə Luiziana ştatının Yeni Orleana şəhərində Amerika cəmiyyətinin tibbi və gigiyenik vəziyyəti ilə bağlı keçirilən illik iclasında bildirib.ANS PRESS-in məlumatına görə, B.Qeyts deyib ki, bu əsrin ortalarınadək malyariya xəstəliyinin kökü tamamilə kəsiləcək. Bu hədəf üçün 200 milyon dollardan çox vəsait xərcləməyə hazıram: "İndi mənim 59 yaşım tamam oldu. Yəqin ki, mən bu xəstəliyin kökünün tam kəsiləcəyi gün görə bilməyəcəyəm." İTAR-TASS xəbər verib ki, ümumiyyətlə, Bill Qets və Melindı Qeyts Fondu malyariya ilə mübarizəyə çoxdan vəsait xərcləyir və indi bunun həcmini 30% artırmağa qərar verib. Yaxın beş ildə malyariyaya qarşı vaksinin yaradılması üzrə beynəlxalq təşəbbüsün dəstəyi üçün 150 milyon dollardan çox vəsait yönəldiləcək. Bu yoluxucu xəstəlikdən əsasən Afrikada hər il 600 mindən çox insan ölür.Konfransda bir sıra məsələlərlə yanaşı, Ebola virusu ilə bağlı da nüzakirə aparılıb. Məlumat verilib ki, Ebola virusunun yayılması ilə mübarizəyə B.Qeyts 50 milyon, "Microsoft"un digər həmtəsisçisi Pol Allen 100 milyon, "Facebook"un yaradıcısı Mark Sukerberq isə 25 milyon dollar ayırıb.ANN.Az