Bin Ladeni satan həkim tutuldu

09:21 | 24.11.2013
Bin Ladeni satan həkim tutuldu

Bin Ladeni satan həkim tutuldu

Dünya  Pakistanda Amerika xüsusitəyinatlılarına terrorçu Bin Ladenin yerini bildirmiş həkim Şakil Afridi, azyaşlı uşağı qətlə yetirməkdə ittiham olunur. Uşağın 8 il əvvəl əməliyyat zamanı cərrahiyyə masasında keçindiyi bildirilir. Şikayətçi qismində çıxış edən ana, Afridinin cərrah olmadığı halda 2005-ci ildə onun övladını klinikaların birində əməliyyat etdiyini bildirib. 

ABŞ rəsmilərinin az qala qəhrəman saydığı, ancaq Pakistanda həmin münasibəti görməyən həkim, bundan əvvəl Ləşkəri-İslam döyüşçü qruplaşmasının üzvü olduğuna görə barəsində 33 il həbs cəzası çıxarılsa da, apelasiya məhkəməsi 2 ay əvvəl ona bəraət qazandırıb. 

Qeyd edək ki, ABŞ-ın dünyanın bir nömrəli terrorçusu saydığı Usama Ben Laden 2011-ci ilin may ayında Abotabad adlı Pakistan əyalətində ABŞ xüsusi təyinatlıları tərəfindən qətlə yetirilib.Onun qətli ilə ABŞ Pakistan münasibətləri pisləşib, Belə ki, rəsmi İslamabad Amerikalı hərbçilərin bu əməliyyatının, ölkə suverenliyinin pozulması kimi dəyərləndi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM