Türkiyədə yaxalanan və ölkədən deportasıya ediləndən sonra ABŞ-a aparılan "Əl Qaidə" lideri Usama Bin Ladenin kürəkəni və təşkilatın sözçüsü Süleyman Əbu Qeys ömürlük azadlıqdan məhrum edilib.ANN.Az "Radikal" qəzetinə istinadən xəbər verir ki, Nyu Yorkda 11 sentyabr terroru təşkil olunan zaman təşkilatın sözçüsü vəzifəsini daşıyan Süleyman Əbu Qeys ABŞ-da ən ağır cəzaya məhkum edilən "Əl Qaidə" üzvü olaraq qeydə alınıb.Nyu Yorkda məhkəmənin hakimi Lyus Kaplan 48 yaşlı Süleyman Əbu Qeysin peşmanlıq hissi keçirmədiyini deyib. Hakim bildirib ki, Əbu Qeys "Əl-Qaidə"nin amerikalıları öldürmək kimi məqsədini həyata keçirmək üçün hər bir şeyi etməyə hazır olduğuna inanır.Hökmün çıxarılmasından öncə ərəb dilində danışan Əbu Qeys Allahdan başqa heç kəsdən mərhəmət gözləmədiyini deyib. O deyib ki, onu məhkum etməklə hakim “yüzlərlə gənc müsəlmanın əl-qolunu açır”.Əbu Qeys amerikalıları qətlə yetirmək və terrorçulara dəstək verməkdə günahkar tanınıb.Prokurorlar Əbu Qeysin Bin Ladenin 11 sentyabr terror hücumlarına bənzər hücumların həyata keçirilməsi üçün "Əl-Qaidə" sıralarına davamçıların cəlb edilməsi haqda müraciətini həyata keçirdiyini bildiriblər.Məhkəmədə iştirak edən hakimlər 2001-ci ildə sentyabrın 12-də Bin Ladenilə birlikdə əyləşərək bir gün öncə baş vermiş terror hücumlarına bəraət qazandırdığını göstərən videoya tamaşa ediblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !