Binanın zirzəmisi yandı, sakinlər təxliyə edildi

23:30 | 28.02.2020
Binanın zirzəmisi yandı, sakinlər təxliyə edildi

Binanın zirzəmisi yandı, sakinlər təxliyə edildi

Bakının Sabunçu rayonunda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən məlumata görə, rayon ərazisində beşmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan taxta tullantıları 10 m² sahədə yanıb. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM