• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Binə sakinləri "Azərsu" ASC-ni rüşvət istəmədə günahlandırır - ŞİKAYƏT

Binə sakinləri
02.06.2023 17:52
Binə qəsəbəsi Südçülük Sovxozunda bəzi evlərin sakinləri su təminatı  problemindən əziyyət çəkir. Onlar aidiyyatı üzrə qurumlara müraciət etdiklərini və qarşılığında onlardan rüşvət istənildiyini bildirib.  Bu barədə anews.az-a açıqlamasında  sakinlər özləri məlumat verib.

Adı çəkilən ərazidə yaşayan Vüqar Orucov  onlardan biridir. Onun sözlərinə görə, evinin 50 metrliyində su xətti olsa da həmin xətdən yarralana bilmir. 

"25 ildən artıqdır ki, bu ərazidə ev tikib yaşayıram. Evim qaz və işıq sistemi ilə təmin olunsa da, su təminatı ilə bağlı problem həll olunmur. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm. Lakin heç bir tədbir görülməyib. Evimin 50 metrliyində su xətti olsa da, mən o xətdən yararlana bilmirəm. Su xəttinin çəkilməsi üçün məndən 300-350 azn rüşvət istəyiblər. III qrup əliləm 120 azn pensiya alıram. Rüşvəti verməyə nə sağlamlığım, nə də maddi imkanım var. 7 ildir rüşvətə görə problem həll olunmur. Prezidentə şikayət məktubu da göndərmişəm. "Azərsu"-ya etdiyim şikayətə cavabda dedilər ki, sizin yaşadığınız ərazidə su xətti yoxdur. Mənimlə birlikdə 14-15 qonşu evdə də eyni problem yaşanır", - ərazi sakini bildirib.

 "Azərsu " ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı da adı çəkilən ərazidə su xəttinin olmadığın bildirib. 

"Qeyd olunan ərazidə su xətti yoxdur. Su xətti olmayan ərazilərdə maklerlər vətəndaşlardan pul alaraq  qeyri-qanuni yollarla su xətlərinə qoşulmalar edirlər. Su çəkdirmək istəyən vətəndaşlar Asan Kommunal mərkəzlərinə müraciət etməlidir. Sənədlər təqdim edilir, yerində baxış keçirilir, əgər Nazirlər Kabinetinin təsdiq etdiyi texniki şərtlərin verilməsi qaydalarına uyğundursa su xətti çəkilir, sayğac qoyulur. Amma uzaq məsafədədirsə, imtina edilir. Çox güman ki, həmin vətəndaş da uzaq məsafədə yaşayır, ona görə  qeyri-qanuni sudan istifadə etmək istəyib. Maklerlərdə bundan yararlanıb pul qoparmağa cəhd ediblər.  Bu cür qanunsuz əməllərlə bağlı hər gün Binədən, Masazırdan, Ramanadan, Binəqədidən, Sabunçudan çoxsaylı müraciətlər olunur. "Azərsu" ASC qeyri-qanuni çəkilmiş xətləri aşkar edərək ləğv edir", - Anar Cəbrayıllı vurğulayıb.

Xalidə Elşənqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Cəmiyyət 19:01
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda təlimdə
Cəmiyyət 18:30
Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda təlimdə
FHN bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 18:12
FHN bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
Cəmiyyət 17:07
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb - DSX
Cəmiyyət 14:13
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb - DSX
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
DYP-dən piyadalara çağırış
Cəmiyyət 11:46
DYP-dən piyadalara çağırış
Avtomobilin mühərrikində əli qalan şəxs xilas olunub - Video
Cəmiyyət 10:43
Avtomobilin mühərrikində əli qalan şəxs xilas olunub - Video
Bakıda köməkçi tikilidə yanğın olub, ölən var
Cəmiyyət 10:30
Bakıda köməkçi tikilidə yanğın olub, ölən var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol