Binəqədi rayon icra başçısı: "Sakinlərin siyahıya alınmasına başlanılıb"

14:26 | 20.05.2015
Binəqədi rayon icra başçısı:

Binəqədi rayon icra başçısı: "Sakinlərin siyahıya alınmasına başlanılıb"

Bakının Binəqədi rayonunda yanğın baş verən binanın qarşısında sakinlərin siyahıya alınmasına başlanılıb.

 "Report"un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, sakinlərin yaşadığı mərtəbə və bloklar müəyyənləşdirilir.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərov jurnalistlərə açıqlamasında deyib ki, sakinlər aşağı mərtəbələrdən başlayaraq sıra ilə bir-bir hər kəs evinə baxış keçirəcək: "İlk olaraq Qarabağ əlilləri içəri buraxılmalıdır. Binada 53 ailə yaşayır və onlardan demək olar ki, 4-5 nəfəri istisna olmaqla digərlərinə 1000 manat yardım edilib. Hazırda Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abıtalıbov hadisə ilə bağlı yaradılan qərargahdadır. Müzakirələr gedir. Müavinətlərini götürməyən zərərçəkənlər qərargaha yaxınlaşaraq pullarını götürürlər. Digər üzlənmiş binaların vəziyyəti ilə bağlı komissiya işləyir. Yaxın zamanlarda bu barədə dövlət qərar qəbul edəcək. Tapşırıq verilib ki, insanlar içəri növbə ilə girsin və hansı sənədlərinin qalması ilə bağlı məlumatlı olsunlar".

Hazırda bina sakinləri sıra ilə blokların qarşısında durub evlərindəki vəziyyəti öyrənmək üçün binaya daxil olurlar. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM