Binəqədi RİH-in Sakinlərin Müraciət Xidmətinə 136914 müraciət daxil olub

13:40 | 12.04.2017
Binəqədi RİH-in Sakinlərin Müraciət Xidmətinə 136914 müraciət daxil olub

Binəqədi RİH-in Sakinlərin Müraciət Xidmətinə 136914 müraciət daxil olub

Fəaliyyət göstərdiyi 4 ildə Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) 1646  - Sakinlərin Müraciət Xidmətinə 136914 müraciət daxil olub.
 
RİH-dən APA-ya bildirilib ki, 29298 müraciət qeydiyyata alınaraq icraata yönəldilib.  Bunlardan 24 135-i və ya 82.6 %-i tam, 1520-si və ya 5.2 %-i qismən, 3580-i və ya 12.2 %-i müvafiq izahat verilərək həll edilib.
 
 2017-ci ilin yanvar-mart aylarında xidmətə qaz təchizatı ilə bağlı 894, su-kanalizasiya ilə bağlı 566, lift problemləri ilə bağlı 106, istilik təchizatı ilə bağlı 102, digər məsələlərlə bağlı 61, elektrik təchizatı ilə bağlı 52, zibil və tullantılarla bağlı 32, küçələrin işıqlandırılması ilə bağlı 18, yaşıllaşdırma ilə bağlı 12 müraciət daxil olub. Xidmətə daxil olan təşəkkür zənglərinin sayı isə 75-dir.
 
Qeyd edək ki, Xidmət  6 fevral 2013-cü il tarixində rayon sakinlərinin ixtiyarına verilib.
Xidmətin yaradılmasında məqsəd sakinlərə RİH-ə gəlmədən və yazılı müraciət etmədən məlumat almaq imkanı yaratmaq, şikayətlərin RİH-ə daha çevik çatdırılmasını təmin etməkdən ibarətdir.
 
Mərkəz 24 saat fəaliyyət göstərir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM