Binəqədi şosesində 21 piyada keçidi qurulub

16:43 | 21.12.2017
Binəqədi şosesində 21 piyada keçidi qurulub

Binəqədi şosesində 21 piyada keçidi qurulub

Binəqədi şosesində aparılan yenidənqurma işləri çərçivəsində 13 avtobus dayanacaq məntəqəsi təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, ilkin mərhələdə yolla bağlı bir sıra təhlillər aparılıb, sərnişin tələbatı öyrənilib.

Onlardan 10-da yeni pavilyon quraşdırılıb. Pavilyonlara Yol Hərəkəti Təhlükəsizliyi ilə bağlı maarifləndirici lövhələr vurulub. Avtobusların digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmadan dayanacaq məntəqələrinə rahat giriş-çıxışını təmin etmək məqsədi ilə yol boyu 9 yerdə cib təşkil edilib. Bütün məntəqələrdə yoldan dayanacaq məntəqəsinin ünvanı, oradan keçən marşrut xətləri ilə bağlı məlumat qeyd edilib. Ümumilikdə, yolda 21 ədəd eynisəviyyəli piyada keçidi təşkil edilib.

Bildirilir ki, görülən işləri BNA Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə həyata keçirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti