Bir ananın ürək parçalayan hekayəsi – VİDEO

12:18 | 02.07.2014
Bir ananın ürək parçalayan hekayəsi – VİDEO

Bir ananın ürək parçalayan hekayəsi – VİDEO

“Öz doğma oğlum evimi əlimdən alıb satıb”.
Zinaida Steklyanikova bir ay əvvələ kimi heç kimə möhtac olmadan öz həyatını yaşayıb. Hazırda isə küçələrdə yaşamağa məcburdur. Zinaida ailə qurduqdan sonra elə bu evdə yaşayıb.
ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, evliliyindən isə bir oğul qazanıb. 
Ancaq bu qazancı indi itirdiklərinin səbəbidir. Agbirçəyin əri içki içən olub. Xanım nə qədər çalışsa da, ərinə mane ola bilməyib və nəticədə ötən ilin yayında ürək çatışmazlığından dünyasını dəyişib. Zinaida deyir ki, əri içən olsa da, heç vaxt ona əl qaldırmayıb. Ancaq oğlu bir neçə dəfə anasını döyüb. Evin sənədlərini də elə bu yolla ondan alaraq mənzili satıb. Hazırda isə yaşlı qadın həyətdə gecələmək məcburiyyətindədir.
Zinaida Steklyanikova:
“Mən burda yaşa dolmuşam. Ancaq indi həyatımı sürdürməyə yerim yoxdur. Məni evimdən çıxarıblar. Öz doğma oğlum evimi əlimdən alıb satıb. İndi hara gedim? Bu, artıq mənim evim deyil”. 
Qonşuların sözlərinə görə, hər evdə nə bişirilsə, xanıma ondan pay ayrılır. Digərləri isə maddi köməklik göstərir. Ancaq indi yay ayıdır. Birtəhər küçədə keçinmək olsa da, qış vaxtı çöldə qalmaq ağbirçəyin sonu ola bilər. 
Hər halda bu cür vəziyyətlərdən heç kim sığortalanmayıb. Övladının yolunda hər bir əziyyətə dözən valideyn, onun tərəfindən atılırsa, bu, onun elə öz gələcəyini sual altına qoymuş olur. Allah bu ağbirçəyə kömək olsun.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb