Bir dəqiqəyə enerji toplayan yeni akkumulyator hazırlanıb

18:38 | 08.04.2015
Bir dəqiqəyə enerji toplayan yeni akkumulyator hazırlanıb

Bir dəqiqəyə enerji toplayan yeni akkumulyator hazırlanıb

Litium-ion akkumulyatorlar müasir dünyada inqilab edib. Onlar  birdəfəlik istifadə üçün çəkisi ağır qələvi batareyaları əvəzləyib və hazırda bütün elektronika qurğularında istifadə olunur. Elektronika sahəsində daima tərəqqi olduğuna görə litium-ion batareyaları tədricən enerji mənbələrinə qarşı tələblərin artması ilə qarşılaşır.
 
Yaranmış vəziyyətdən yeganə çıxış yolu enerji daşıyıcılarına qarşı bütün tələblərimizi ödəyəcək yeni tip batareyaların hazırlanmasıdır.
 

"ICTnews" elektron xəbər xidməti "hi-news.ru” saytına istinadən bildirir ki, hazırda Stenford Universitetinin alimləri yeni alüminium-ion batareyalar üzərində işləyirlər. Alimlər bildiriblər ki, yeni batareyalar litium-ion ilə müqayisədə partlamağa daha az meyillidir, həm də daha tez enerji doldurmaq qabiliyyətinə malikdir. Belə batareyaların enerji ilə doldurulması prosesi bir dəqiqə çəkir.
 
Stendord Universitetində işləyən alimlərin fikrincə, yeni batareyalarla bağlı daha vacib fakt aşağıdakıdır:
 
"Bizim yeni akkumulyatorlar alışmağa meyilli deyillər" – universitetin kimya professoru Day Honq Ye bildirib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti