Supermodel Kara Delevin birgünlük qazancı ilə dünya mediasının gündəmini zəbt edib.ANN.Az ANS PRESS-ə istinadən məlumat verir ki, "The Telegraph" qəzetinin jurnalistləri 22 yaşlı britaniyalı supermodel Kara Delevinin gündəlik gəlirini hesablayıblar. Onların gəldiyi nəticə ortaya maraqlı rəqəm çıxarıb. Sən demə britaniyalı model orta hesabla günə 11 min dollar qazanır. Bu isə bir ildə 1,5 milyon dollar edir.İldə 8 milyon qazanan Adriana Lima və Dautsen Krezini geridə qoyan Kara, indi 2014-cü ilin ən bahalı modeli Jizel Bundhenlə yarışır. Forbes dərgisinin hesablamalarına görə, braziliyalı model ildə 47 milyon dollar qazanır. Ən bahalı modellərin siyahısına başçılıq etməyi hədəf seçib.Kara Delevin 12 avqust 1992-ci ildə Londonda doğulub. Model karyerasına 17 yaşından başlayan Kara peşəkar Models.com portalının "Dünyanın 50 supermodeli" reytinqində 5-ci yerə sahiblənib. Supermodel sadə ailənin uşağı deyil. O, Londonun prestijli Belqraviya rayonunda iqamətgahda böyüyüb. Supermodel "English Heritage" dövlət komissiyasının sədri ser Conslin Stivenin nəvəsidir. Anası Pandora Britaniyanın "Selfridges" mağazalar şəbəkəsinin vacib şəxslərindəndir. Atası isə yaşayış evlərini layihələndirir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !