Bir gündə 8,5 milyard ton buzlaq əridi

16:00 | 01.08.2021
Bir gündə 8,5 milyard ton buzlaq əridi

Bir gündə 8,5 milyard ton buzlaq əridi

Qlobal iqlim dəyişikliyinin təsiri altındakı Qrenlandiyada bir gündə 8,5 milyard ton buzlaq əriyərək, okeana qarışıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Danimarka hökuməti məlumat yayıb.

Əriyən buzlaq ABŞ-ın Florida ştatını 5 santimetr hündürlüyündə su ilə örtəcək qədər böyük həcmə malikdir.

Şərqi Qrenlandiyada isə bütün zamanların ən yüksək temperaturu qeydə alınıb – 19,8 dərəcə.

Ümumilikdə, iyun ayından indiyədək 100 milyard ton buzlaq əriyərək okeana qarışıb, bununla dəniz səviyyəsi yüksəlib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM