Bu hadisə Avstraliyada baş verib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Sue Lamb adlı bir qadının kredit kartı hesabına yanlışlıqla 10 milyon dollar köçürülməklə bir müddətliyinə zəngin olub. Kredit kartında bu qədər pulun olduğunu fərq edən qadın banka müraciət edib, amma bank bununla bağlı hər hansı açıqlama verməyib. Bundan sonra o, hadisəni mətbuat orqanalarına danışmaq qərarına gəlib. Bank hesabındakı xeyli çox miqdarda pulu görüb qorxduğunu deyən qadın xəbərin mediada paylaşılmasına rəğmən, bankın səssiz qalmasından sonra pulu xərcləməyə başlayıb. Qısa müddət sonra bank pulu geri çəkib və bu müddət ərzində qadın 10 milyon dollardan 900 dollar xərcləyibmiş.
Mütəxəssislər qeyd edirlər ki, bu cür durumlarda "bank həmən reaksiya verməyə bilər". Eyni zamanda ölkə qanunlarına görə, əgər qadın hesabına pulun köçürülməsini fərq etsəydi, bank bunun fərqində olmasaydı və aradan 3 illik müddət keçsəydi, qadın 10 milyon dolların əsl sahibi ola bilərdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !