Bir həftədə təmizlənən minalı sahələrin ərazisi açıqlanıb

17:26 | 16.09.2024
Bir həftədə təmizlənən minalı sahələrin ərazisi açıqlanıb

Bir həftədə təmizlənən minalı sahələrin ərazisi açıqlanıb

2024-cü ilin sentyabrın  9-15-də işğaldan azad olunanərazilərdə 44 tank əleyhinə mina, 15 piyada əleyhinə mina, 690 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən,  1115  hektar ərazi minalardan təmizlənib.  

2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
2020-ci il Vətən Müharibəsindən sonra 369 nəfər mina qurbanı olub. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM