Bir mahnının tarixçəsi: "Almanı atdım xarala"

10:04 | 03.12.2013
Bir mahnının tarixçəsi: "Almanı atdım xarala"

Bir mahnının tarixçəsi: "Almanı atdım xarala"

Ötən əsrin əvvəlində məşhur müğənni və peşəkar vokalın parlaq nümayəndəsi Bül-bül ilk dəfə Azərbaycanda folklorun yığımı və öyrənilməsi üzrə elmi-tədqiqat kabineti yaratdı. O, klassik xalq melodiyalarının mirasını öyrənmək məqsədi ilə bura xalq yaradıcılığını yaxşı bilən, gənc və istedadlı bəstəkarları, təcrübəli musiqiçiləri cəlb etdi. Beləliklə, xalq musiqisi ifaçılarının dilindən səslənən bir çox gözəl, bir-birinə bənzəməyən mahnılar ölkənin kənar yerlərindən olan və paytaxt ifaçıları tərəfindən fonovalikə yazıldı. Sonra o dövrün peşəkar musiqiçiləri bu mahnıları notlara keçirdilər. Bu bir çox mahnıların arasında bir mahnı da var ki, keçən əsrin başlanğıcından çox maraqlı efir həyatı yaşadı.Elə bir müğənni tapmaq olmaz ki, bu mahnını oxumasın. Bu mahnının tarixçəsində maraqlı eksperimental ifalar olub.Başqa folklorla müqayisədə bu mahnı spesifik rəqs ruhuyla, ülubu ilə, obrazıyla fərqlənir, poetik nöqteyi-nəzərdən isə hamı tərəfdən sevilir, qəbul edilir və tələb olunur. "Almanı atdım xarala" mahnısı çox güman ki, bizim folklorumuzun ən parlaq və məşhur nümayəndəsidir.Bu mahnı ilk dəfə fonovalikə yazılmış əlli mahnının içində yer almadı və 1938-ci ildə ilk dəfə notla qeydə alındı. Bu əlli mahnı toplusuna yalnız Cabbar Qaryağdıoğlunun əsərləri düşdü. Deyilənə görə, Cabbar Qaryağdıoğlunun ifa etdiyi mahnılar arasında "Almanı atdım xarala" mahnısı da vardı. Amma bu mahnını Cabbar Qaryağdıoğlunun yazmasına dair sübutlar yalnız şifahi xarakter daşıdığından, etibarsız sayıla bilər. Ona görə də bu mahnının müəllifinin kim olmasını dəqiq demək mümkün deyil. Ancaq bu mahnının indiyə qədər gəlib çatmasında, Cabbar Qaryağdıoğlunun və əlbəttə, Bül-bülün rolu danılmazdır, elə Bül-bülün özü bu mahnını fonovalikə yazdırmışdı. Düzdü, Cabbarın ifası bu günümüzə kimi gəlib çıxmadı, ona görə də məhz Bül-bülün ifası bu mahnıya öz möhürünü vurdu.Bülbüllə yanaşı bu mahnını daha bir folklor variantda yazılıb. Əlövsət Sadıqov xalq musiqi alətləri ansamblının müşayiəti ilə 1957-ci ildə bu mahnını oxuyub, lentə yazdı. Məhz bu ifada "Yarın bağında üzüm əsgəri" sözləriylə başlayan bənd, mahnının sonuna keçdi. Mahnı sanki iki hissəyə bölündü və birinci hissə ikincidən ahənglə, məzmunca və formayla fərqlənir.Arada bir neçə ilə fərqlə, Əlövsət Sadıqovun ifa variantını Əbülfət Əliyev təkrarladı. Təxminən eyni müşayiət və eyni mətn. Ancaq, yalnız Əbülfət Əliyevə məxsus xoş avaz və intonasiya bu mahnıya yeni nəfəs verdi.Sonra bu mahnının başqa versiyaları da çıxdı. Bu ifalar Anatolu Qəniyevə və Gülağa Məmmədova məxsusdur. Həm də bu ifalar müşayiətinə və tərtibatına görə də oxşar idi. Hər iki ifa xalq musiqi alətlərinin ansamblıyla müşayiət olunurdu, həmçinin də xorla.Beləliklə, orkestrin və xorun müşayiəti ilə ifalar 60-cı illərin əvvəllərində oldu. Elə bu onilliyin sonunda bəstəkar Nazim Aliverdibekov kapellanın xoru üçün bu mahnının notlarını köçürtdü. Həmin mahnı kapellanın peşəkar xorunun repertuarına da daxil oldu. 40 ildən çoxdur ki, "Almanı atdım xarala" mahnısı bu xorla yalnız vətəndə deyil, həm də xaricə səfərlər zamanı ifa edilir.Biz bu mahnının estrada janrında maraqlı müasir çoxsəsli ifasının şahidi olduq. "Qaya" vokal-instrumental kvarteti "Almanı atdım xarala" mahnısını çox maraqlı ifa etdi. Bu mahnı royal, tütək, gitara, elektron musiqi alətləri və s. qərb alətlərinin müşayiəti ilə dörd səslə ifa olunur. Beləliklə, bu mahnının çox spesifik, yeni və cazibədar versiyası üzə çıxdı. Və baxmayaraq ki, "Qaya" kvarteti bir çox çox gözəl mahnıların ifasıyla məşhur idi, "Almanı atdım xarala" mahnısı kvartetin vizit kartı oldu. Müəyyən vaxt ötdükdən sonra, "Qaya" kvarteti öz köhnə mahnılarından popurri hazırladı. Bu popurriyə, əlbəttə, "Almanı atdım xarala" mahnısı da daxil oldu. Bu ifayla bağlı daha bir maraqlı fakt odur ki, 1971-ci ildə Arif Babayevin "Gün keçdi" filmində məhz "Qaya" kollektivinin bu mahnısı istifadə olunmuşdu. Və bu, təsadüf deyil. Rejissora xalq mahnısı lazım idi. "Qaya"nın repertuarında isə bu, ən məşhur folklor mahnısı idi.Beləliklə, 60-cı illərin sonlarında mahnının tarixində ilk dəfə parlaq eksperimental estrada-caz versiyası işıq üzü gördü."Almanı atdım xarala" mahnısı müasir Azərbaycanın estradasının hər bir nümayəndəsinin repertuarında yer alıb. Son illər onu Rüfət Mehdiyev oxumuşdu. Və nəhayət, "Almanı atdım xarala" mahnısının son ifası bizim dövrümüzə aiddir, bu, Sevda Ələkbərzadənin ifasıdır.Əsas odur ki, «Almanı atdım xarala» mahnısı indiyə kimi insanlara yaradıcı ideyalar verir. Bu mahnı Azərbaycan folklorunun ən spesifik nümunələrindən biridir. Bu əsərin təvazökarlığına və sadəliyinə baxmayaraq, o, dinləyicilərdə bu qədər emosiyalar doğurduğuna görə, böyük güc sayılır.Hazırladı Aliyə Haqverdi  Materialın hazırlanmasında İTV-nin məlumatlarından istifadə edilmişdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb