Əgər muğam Azərbaycan xalq musiqisinin birinci və ən əhəmiyyətli budağıdırsa, onda növbəti budaq aşıq yaradıcılığı sayılmalıdır. "Aşıq" sözü "sevginin, məhəbbətin əsarətinə düşmüş" anlamını verir. Tarixi faktlara söykənsək, onda aşıq yaradıcılığına 14-cü əsrdən rast gəlmək mümkündür. Aşıq yaradıcılığının qədimliyi danılmazdır. Qədim zamanlarda aşıqlara "Ozan" deyirlərmiş, bu isə şair və ya "baba" demək imiş. "Dədə Qorqud" dastanı yazılı şəkildə qalmış ən qədim aşıq nümunəsi hesab olunur və qədimiliyi bizim eramızın başlanğıcına gedib çıxır. 1300 il əvvəl Dədə Qorqud dastanları qoşulub, Oğuz xalqının həyatı, onların nümunəsində xeyir və şərin mübarizəsindən bəhs edən hekayələr yaranıb və nə yaxşı ki, günümüzə qədər gəlib çıxıb.Aşıq yaradıcılığı dünyanın bütün türk xalqlarında rast gəlinir. Bu yaradıcılıq növü özü də bir neçə istiqamətə ayrılır. Elə təkcə Azərbaycanda hər bir bölgənin özünəməxsus aşıq yaradıcılığı mövcuddur: Gəncə, Borçalı, Şirvan, Salyan, Qazax və digər bölgələrin aşıqlarının ifa tərzləri spesifikdirÖtən əsrin sonu, 90-cı illərin əvvəli. Parisə - ərəb dil institutunun dəvəti ilə Azərbaycandan Şirvan aşıqlar qrupu yola düşür. O zaman bu layihənin reallaşdırılmasında şəxsən iştirak etmiş dünyaca məşhur müğənni Alim Qasımov Şirvan rayonuna gəlir və Nabır kəndində yaşayan aşıq Xanışa baş çəkir. Elə həmin gündə də Fransaya yola düşəcək qrupun tərkibi müəyyən olunur. Bu arada daha bir maraqlı hadisə baş verir. Alim Qasımovun gəlişini gözləməyən 60 yaşlı aşıq öz evinin həyətində sazı bağrına basıb təzə qoşduğu qoşmasına nəğmə qoşub oxuyurmuş. Elə həmin nəğmənin taleyi də həmin gün həll olunur. Alim Qasımov həmin nəğməni təsadüfən eşidir və Parisdə oxunacaq mahnılar siyahısına salınmasını təklif edir. Beləliklə, bizə xalq yaradıcılığının bəhrəsi kimi tanış olan, ancaq Bayatı-Şiraz muğamının əsasında bəstələnmiş, bizim müasirimizin əsəri - oynaq, məzəli və çox tez bir zamanda populyarlaşan aşıq mahnısı "Məhəbbətin qüdrəti" mövzumuzun “qəhrəmanı”dır.Aşıq Xanış 1932-ci ildə Şamaxı rayonunun Nabır kəndində doğulub. Gənclik illərində məsul vəzifələr tutan aşıq 1959-cu ildə rayon tədbirlərində müstəqil çıxış edib və sazda çalmaqla peşəkarlıq nümayiş etdirib, özünün rəqsi ilə, dillərdən düşməyən aşıq mahnıları ilə bütün Azərbaycanda populyarlaşıb. Bu istedadları o, öz ulu babalarından vərəsə alıb. Onun nəsilinin bütün nümayəndələri Şirvanda öz səsləriylə və şeir qoşmaları ilə məşhurdur. Aşıq Xanışın şeirləri 50-ci illərin sonlarında milli mətbuatda çap edilib və öz müəllifinə şöhrət gətirib.Elə bu gün də ondan bizə çox miras qalır - doğmalarının və yaxınlarının arasında, Nabır kəndində, öz evində yaşayan 80 yaşlı sənətkar yenə də yaradır, yenə də bəstələyir, yenə də tələbə yetişdirir.Parisə getmək ərəfəsində məşhur muğam ustası Alim Qasımov öz repertuarına yeni, amma dar çərçivədə tanınan bir neçə əsər əlavə edir. Həmin mahnılar ilk dəfə böyük auditoriyaya təqdim ediləcəkdi. Məhz onlardan biri – “Məhəbbətin qüdrəti” qısa zamanda bütün Azərbaycanda, eləcə də Rusiyada, Gürcüstanda, Avropa ölkələrində yaşayan azərbaycanlılar arasında şöhrt qazandı . Alim Qasımov böyük auditoriya qarşısında "Məhəbbətin qüdrəti" mahnısını ifa edən ilk müğənni oldu. O vaxtlar şəhərin ən böyük konsert zalı hesab olunan – Heydər Əliyev adına Sarayda Alim Qasımovun möhtəşəm konserti keçirildi və bu mahnı da konsert proqramına daxil edildi. Müğənni tar və kamançanın müşayiəti ilə "Məhəbbətin qüdrəti"ni oxudu və mahnı böyük müvəffəqiyyət əldə etdi. O zaman "Azərbaycan qadını" jurnalında bu konsertə həsr edilmiş məqalə dərc edildi. Həmin məqalədə "Məhəbbətin qüdrəti" mahnısı "Eşq oduna düşdüm, ana" adlanırılmışdı. Məqalə onun sübutudur ki, konsertin ən yaddaqalan hissəsi məhz bu mahnı imiş. Alim Qasımovun ardınca "Məhəbbətin qüdrəti" mahnısını Şirvan muğam məktəbinin daha bir nümayəndəsi – Zabit Nəbizadə ifa etdi. Müğənni "Məhəbbətin qüdrəti" adlanan bu mahnını ilk lentə yazdıran və öz mahnı diskinə daxil edən sənətkardır. Demək olar ki, bununla da "Məhəbbətin qüdrəti" mahnısı üçün yeni mərhələ başlanıldı. Zabit Nəbizadənin ifası bu mahnının taleyində xüsusi rol oynadı.Bu mahnının sonrakı tarixi parlaq hadisələrlə zəngindir. 1999-cu ildən efirdə pantomima teatrının quruluşu fasiləsiz translyasiya edilirdi. Aktyorlar xalq musiqisinə məzəli parodiya qoşurdular. Və "Məhəbbətin qüdrəti" mahnısı da, əlbəttə, bu quruluşu orijinal və unudulmaz etmişdi. Mahnının mətni qadın ifaçıların bu mahnını ifa etməsini məhdudlaşdırmasına baxmayaraq, Bəsdi Sevdiyeva «Məhəbbətin qüdrəti» mahnısını ifa etmiş ilk qadındır. Bəsdi Seviyeva mahnının sözlərini dəyişdirdi və ifaçılara özünəməxsus ifasını təqdim etdi.Bir neçə il mahnı sonra "Məhəbbətin qüdrəti" mahnısını muğam məktəbinin növbəti nümayəndəsi– Teyyub Aslanov ifa etdi. Onun ifasında mahnı ilk dəfə aranjimana məruz qaldı, həmçinin ekranlaşdırıldı. 2003-cü ildə mahnının taleyində daha bir yadda qalan və mübahisəli hadisə oldu. "Məhəbbətin qüdrəti" mahnısı "Məhəllə" komediya filmində istifadə edildi. Mahnı filmin baş qəhrəmanı Qüdrətin ən sevimli mahnısı kimi təqdim edilmişdi. Film ekranlara çıxdıqdan sonra mahnıya maraq daha da artdı. Mahnı bu filmin tamaşaçılarının dodaqlarından düşmürdü. "Məhəbbətin qüdrəti" mahnısını xalq arasında “Qüdrətin mahnısı” adlandırırdılar. Filmin birinci seriyasında Qüdrətin dilindən səslənmiş mahnı, filmin ikinci seriyasında Ənvər Sadıqovun aranjimanında Abbas Bağırovun ifasında tam həcmdə təqdim edildi. Beləliklə, bu mahnı "Məhəllə" filminin ikinci seriyasının saundtrekinə çevrildi. Abbasın ifası birmənalı qaşrılanmadı, ancaq onun sayəsində bu mahnı şlyaqerə çevrildi. Yaxın vaxtlarda "Məhəbbətin qüdrəti" mahnısının tarixində inqilab etmiş möhtəşəm layihə reallaşdırıldı. Bu layihənin ideyası Səyavuş Kərimiyə aiddir. 2002-ci ilin oktyabrında Heydər Əliyev Sarayında Latın Amerikası musiqiçiləri Azərbaycan musiqiçiləriylə bir səhnədə çıxış etdilər. Aşıq Xanışın 90-cı illərdə ifa edilmiş "Məhəbbətin qüdrəti" mahnısı Peru mahnısı «Fina estampa»nın fraqmentləriylə sintez olundu, mahnının belə təqdim edilməsi dinləyicilərdə xüsusi maraq doğurdu . Yenidən mahnını Zabit Nəbizadə ifa etdi. Öz konserti ilə hay-küy doğurmuş Səyavuş Kərimi bundan sonra öz layihəsi üzərində bir qədər də işlədi. Və 2007-ci ildə Norveçdə Ekvadordan və Çilidən olan musiqiçilərin toplaşdığı "Altilplano" qrupuyla birlikdə, Azərbaycan folklor musiqisinin nümayəndələri «Transatlantic Non-Stop - Altiplano & Siyavush Kerimi» adlı disk buraxdılar. Beləliklə, Zabit Nəbizadənin səsiylə "Məhəbbətin qüdrəti" mahnısı qərb dinləyicisinə qədər çatdırıldı. Deyirlər, xalqın psixologiyasını tutmaq üçün, onun folkloruyla tanış olmaq lazımdır. Ənənəyə, ailədə münasibətlərə, həyata münasibətə, sevgiyə, xoşbəxtliyə və xalqın kədərinə musiqi qədər heç nə təsir edə bilməz. "Məhəbbətin qüdrəti" mahnısı bütün bu məqamları özündə birləşdirir. Bu mahnı öz ruhuna, ritminə və mətninə görə əsl Azərbaycan musiqisidir və ona görə də bu mahnını dinləməkdən yorulmuruq.
Hazırladı Aliyə HaqverdiMaterialın hazırlanmasında Azərbaycan İctimai Televiziyasının məlumatlarından istifadə olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !