Aktyor "National Enquirer"a videomüsahibə verib. Narkotik və alkoqol asılılığı ilə yanaşı, başına gələn uğursuzluqlar ucbatından darmadağın olan aktyor "Alkoqol asılılığımı hələ tam olaraq həll edə bilməmişəm" etirafını edib.
İki dəfə ağır yol qəzası keçirən aktyor boynundan ağır yaralanıb və səsini də itirib.İki il əvvəl damarları ilə əlaqədar bir problem ucbatından sağ qıçında infeksiya yayılıb və ayağının bir hissəsi əməliyyatla kəsilib. İnfeksiya təkrarlandığına görə, həkimlər bu dəfə aktyorun sağ qıçının bir hissəsini də kəsməyə qərar verib.Vinsent indi protez olan sağ qıçına alışmağa çalışır. Bu çətin günlərində isə yanında arvadı Patrisia Ann var.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !