• $
  • €
  • ₽
  • ₺
  • £

Bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

Bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
29.02.2024 19:30
Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.Bu barədə 
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumata verilib.
 
Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Biləsuvar, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Gəncə, Bakı-Ağcabədi, Bakı-Kürdəmir, Bakı-Qazax, Bakı-İmişli, Bakı-Şirvan, Salyan-Gəncə, Sumqayıt-Ağcabədi şəhərlərarası, paytaxtın 126 nömrəli şəhərətrafı, 501 və 504 nömrəli şəhərlərarası, eləcə də 508 və 596 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
 
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
 
Sənədlər 29 mart saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 012-567-99-76, 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
 
İştirakçılardan sənədlərini təqdim edərkən mart ayında bayram günlərini nəzərə almaları xahiş olunur.
 
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
 
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Biləsuvar və Bakı-Göyçay istiqamətlərində 5 Lot üzrə aprelin 5-də;
 
Bakı-Oğuz, Bakı-Ağcabədi, Salyan-Gəncə və Sumqayıt-Ağcabədi istiqamətlərində 5 Lot üzrə aprelin 9-da;

Bakı-Kürdəmir, Bakı-Qazax, Bakı-İmişli istiqamətlərində 4 Lot üzrə aprelin 16-da;
 
Bakı-Gəncə və Bakı-Şirvan istiqamətlərində 5 Lot üzrə aprelin 19-da;
 
Paytaxtın 126 nömrəli şəhərətrafı, 501 nömrəli şəhərlərarası (Sumqayıt-Saray-BBAK), 504 nömrəli şəhərlərarası (Sumqayıt-BBAK), 508 nömrəli şəhərətrafı (BBAK-Saray) və 596 nömrəli şəhərətrafı (Xırdalan-"Binə t/m”) müntəzəm avtobus marşrutları üzrə 5 Lot üzrə aprelin 23-də baxılacaq.
 
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol