Bir neçə gün əvvəl təmtəraqlı toyu olan Nərmin: "Elnur məni tanımır, otağından qovur" - FOTO

21:23 | 01.03.2019
Bir neçə gün əvvəl təmtəraqlı toyu olan Nərmin:

Bir neçə gün əvvəl təmtəraqlı toyu olan Nərmin: "Elnur məni tanımır, otağından qovur" - FOTO

Anews.az median.az-a istinadən xəbər verir ki, "Səni axtarıram" proqramı vasitəsilə təmtəraqlı toy məclisləri baş tutan Elnur və Nərmin cütlüyünün qara günləri başlayıb. 


İllər öncə yaşadığı bədbəxt hadisə nəticəsində əlsiz-ayaqsız qalan Elnurun vəziyyəti yenidən pisləşib.
Onu qollarının qalan hissəsinin kəsilmə təhlükəsi gözləyir.
Bətnində Elnurun 4 aylıq körpəsini daşıyan Nərmin toydan sonra həyatlarının alt-üst olduğunu deyir:

"Dedim, toy edirəm, bundan sonra həyatım yaxşı olacaq. Xoşbəxt olacam, üzüm güləcək. Əksinə toy bizə düşmədi. Xahiş edirəm, Xoşqədəm xanım, bizə hədiyyə gətirilən o qutunu buradan çıxarın. O qutunun içində cadu var. Vallah, özümüzə gələ bilmirik. Mənim yoldaşım xəstəxanalarda şaqqa-şaqqa doğranır. Dörd gündür küçələrdəyəm, gecəm-gündüzüm yoxdur. Zülm çəkirəm.
Toydan sonra əvvəlki kimi deyib-gülmürük. Elnur məni tanımır, otağından qovur. Deyir sən kimsən? Bizə göz dəydi".












www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM