Bir neçə gündə üç jurnalist qətlə yetirildi

09:16 | 02.09.2015
Bir neçə gündə üç jurnalist qətlə yetirildi

Bir neçə gündə üç jurnalist qətlə yetirildi

Dövlət KİV fəaliyyəti üçün ən əlverişsiz yerlər siyahısına daxildir


Filippində bir neçə gün ərzində üç jurnalist qətlə yetirilib.

"Report" AFP-yə istinadən xəbər verir ki, yerli nüfuzlu şəxslər onların ünvanına tənqidlə çıxış edən istənilən jurnalisti susdura və bunun müqabilində heç bir сəza almaya bilərlər.

Polis və Jurnalistlərin Müdafiə Komitəsinin məlumatına görə, avqustun 18-də Taqum şəhərindəki öz evi yaxınlığında 67 yaşlı reportyor Qreqori İbanes güllələnib. Onun ardınca avqustun 19-da 57 yaşlı jurnalist Teodoro Eskanilya Sorsoqon əyalətindəki evində qətlə yetirilib. Avqustun 27-də isə cənub liman şəhəri Ozamis bazarında radioşərhçi Kosme Maestrado (27 yaş) öldürülüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti