Bu gün respublikanın bir sıra regionlarına qazın verilməsi məhdudlaşdırılacaq. Bu barədə “APA-Economics”ə “Azəriqaz” İstehsalat Birliyindən (İB) verilən məlumatda bildirilib. Məlumata görə, “Qazıməmməd-Qazax” 1-ci xətt magistral qaz kəmərinin 141,3, 146 və 155-ci kilometrlərində aparılan təmir işləri, eləcə də 164-cü kilometrdə “Qəbələ qaz kəməri qolu”nun xətti kranının dəyişdirilməsi, eyni zamanda “Ağsu-1 şəhər” və “Pirhəsənli” orta təzyiqli qaz xətləri üzərində qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar saat 18:00-dək Qəbələ rayonuna, Göyçay, Ağsu və Ağdaş rayonlarının bir hissəsinə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyata uyğun yeniləri ilə əvəzlənməsi və qaz xəttinin köçürülməsi ilə əlaqədar isə Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !