“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb

15:45 | 31.10.2022
“Bir Pəncərə İxraca Dəstək Mərkəzi”  xətti ilə ixrac azalıb

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb

İxraca Dəstək Mərkəzi 10 ayda Azərbaycandan 210 milyon dollarlıq mal ixracına şərait yaradıb. Bu da keçən ilin göstəricisindən 10,3% azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.
 
Mərkəzin məlumatına görə, "bir pəncərə” prinsipi üzrə İxraca Dəstək Mərkəzi 2022-ci ilin yanvar-oktyabrında Azərbaycandan 209,6 milyon ABŞ dolları dəyərində mal ixracını asanlaşdırıb.

Yanvarda bu rəqəm 9 milyon dollar, fevralda 17 milyon dollar, martda 24,3 milyon dollar, apreldə 29,2 milyon dollar, mayda 27,4 milyon dollar, iyunda 20 milyon dollar, iyulda 17,4 milyon dollar, avqustda - 20,9 milyon dollar, sentyabrda - 24,7 milyon dollar, oktyabrda - 19,7 milyon dollar olub.

2021-ci ilin yanvar-oktyabrında bu rəqəm 191,7 milyon dollar təşkil edib. Belə ki, 2022-ci ilin 10 ayında ixrac yardımının həcmi 9,3% artıb.

2021-ci ildə mərkəz "bir pəncərə” vasitəsilə 235,1 milyon ABŞ dolları dəyərində  malların ixracına şərait yaradıb.

"Bir Pəncərə İxraca Dəstək Mərkəzi” Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycanın rəqəmsal ticarət qovşağı kimi mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2017-ci il tarixli fərmanına əsasən yaradılıb. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb