“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin xətti ilə ixrac artıb

16:21 | 30.11.2023
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin xətti ilə ixrac artıb

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin xətti ilə ixrac artıb

2023-cü ilin noyabrında "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 42 milyon ABŞ dolları təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 milyon ABŞ dolları yaxud 2 dəfə çoxdur  Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı "İxrac icmalı”nın noyabr sayında bildirilir.

Cari ilin yanvar-noyabrında  isə Mərkəzin xətti ilə 221,4 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
 
2022-ci ildə "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə $269,7 milyon məbləğində ixrac həyata keçirilib (2021-ci illə müqayisədə artım 14,7%).

"Bir Pəncərə” İxraca Dəstək Mərkəzi "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.
 
Aytac Zeynalova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM