Bir qrup müharibə əlilinə avtomobil verildi - FOTOLAR

17:30 | 19.12.2013
Bir qrup müharibə əlilinə avtomobil verildi - FOTOLAR

Bir qrup müharibə əlilinə avtomobil verildi - FOTOLAR

Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 37 nəfər müharibə əlilinə «NAZ-Lifan» markalı minik avtomobilinin açar və sənədləri təqdim olunub. Onlardan 2 nəfəri Böyük Vətən müharibəsi, digərləri Qarabağ müharibəsi əlilləridir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, yeni minik avtomobili alan əlilləri bu münasibətlə təbrik edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov möhtərəm dövlət başçısının əlillərə, o cümlədən Böyük Vətən müharibəsi əlillərinə, Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlara göstərdiyi diqqət və qayğıdan söz açıb. Qeyd edilib ki, hazırda təqdim olunan avtomobillər də daxil olmaqla cari il ərzində müharibə əlillərinə 280 ədəd minik avtomobili verilib. Ümumiyyətlə, bu vaxta qədər 3600 nəfərdən çox əlil dövlət hesabına minik avtomobili ilə təmin olunub.Əlil və şəhid ailələrinə mənzillərin, həmçinin əlillərə avtomobillərin verilməsində şəffaflığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə mənzil və avtomobil alanların, eyni zamanda mənzil və avtomobillə təmin edilmək üçün növbədə dayananların siyahıları nazirliyin rəsmi internet saytının ön səhifəsində ictimaiyyətə təqdim edilir.Qarabağ əlillərindən Naib Rəsulov, Cəfər Məhərrəmov, Paşa İbrahimov, Bəxtiyar Sadıqov və başqaları ürək sözlərini ifadə edərək, əlilliyi olan insanlara göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM