“Bir şəhərdə 6 ay hər kəsi dinləyiblər” - Nazlrdən şok açıqlama

13:26 | 30.12.2013
“Bir şəhərdə 6 ay hər kəsi dinləyiblər” - Nazlrdən şok açıqlama

“Bir şəhərdə 6 ay hər kəsi dinləyiblər” - Nazlrdən şok açıqlama

 Türkiyənin yeni təyin olunan daxili işlər naziri Əfqan Ala şok açıqlama ilə çıxış edib.İki həftədir davam edən korrupsiya əməliyyatları barədə danışan nazir bu əməliyyatların arxasında “dövlət içindəki dövlət” nümayəndələrinin dayandığını bəyan edib.Nazir bununla bağlı sensasion sayıla biləcək məlumat verib. Ə.Alanın sözlərinə görə, haqqında bəhs edilən qeyri-leqal qruplaşmalar Türkiyənin cənubunda bir şəhərdə 6 ay ərzində hər kəsi dinləyib: “Cənubda bir şəhərdə başda şəhər valisi olmaqla, bütün partiyalar, AKP, CHP, BDP və digərləri 6 ay müddətində davamlı olaraq dinlənilib. Dövlət içindəki bir dəstə 6 ay bu qurumların hamısını dinləyib. Polis rəisini, hakimləri dinləyir və bunu da hakim qərarı ilə edir. Bunları seçkilərdən öncə istifadə etmək üçün edirlər”.Lent.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM