Bir xəstə inəyi kəndliyə 2500 manata sırıyan Nazirliyin "ÖZÜNÜMƏŞĞULLUQ BİZNESİ" - İFŞAEDİCİ VİDEO + FOTOLAR

18:37 | 10.02.2019
Bir xəstə inəyi kəndliyə 2500 manata sırıyan Nazirliyin

Bir xəstə inəyi kəndliyə 2500 manata sırıyan Nazirliyin "ÖZÜNÜMƏŞĞULLUQ BİZNESİ" - İFŞAEDİCİ VİDEO + FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı çərçivəsində hələ də korrupsiya fəaliyyətini davam etdirir. 

Vətəndaşlardan Demokrat.az-a daxil olan saysız-hesabsız müraciətlər də bunu sübut edir. 

Belə şikayətlərdən biri isə Oğuzun Xaçmaz kənd sakini Elçin Mənsimov tərəfindən redaksiyamıza göndərilib. 

Şikayətçinin bizə göndərdiyi video və foto materiallardan da aydın görünür ki, ortada ciddi korrupsiya faktları mövcuddur. 

Çox təəssüflər olsun ki, bu barədə dəfələrlə edilən şikayətlərə baxmayaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hələ də mövcud problemlərin aradan qaldırılmasına nail ola bilməyib. 

Şikayətçi Elçin Mənsimov biz göndərdiyi müraciətində qeyd edir ki, onun iştirakı olmadan 2 baş iribuynuzlu xəstə heyvan 5 min manat dəyərində qiymətləndirilməklə məcburi ona təqdim edilib. 

Daha sonra şikayətçi deyir ki, sözügedən heyvanlar xəstədir və körpə balaları olub:

"Nazirliyin bu işlə məşğul olan dələduz adamları həmin balalı heyvanları bir-birindən ayıraraq, balasını da başqa adamlara satırlar. Təsəvvür edin ki, bir xəstə inəyi mənə 2500 manata verirlər. Halbuki, bu pula 3 baş iribuynuzlu sağlam heyvan almaq olar. Mən bununla bağlı ölkə Prezidentinə, Ombudsmana və Prokurorluğa da şikayət göndərmişəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları bu qədər açıq korrupsiya əməlləri ilə məşğul olurlar".

Şikayətçinin redaksiyamıza göndərdiyi video və foto materialları da təqdim edirik. Videodan da göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Orxan adlı əməkdaşı vətəndaşın onu ifşa edən görnütüsünü çəkməsinə etirazını bildirir. 
 
 
 












www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb