Birbank Biznes yeni müştərilərini "Xoş gəldin” kampaniyası ilə sevindirir. Belə ki, müştərilər hesab açdıqları ilk 30 gün ərzində 50 000 AZN-lik ölkədaxili köçürmə, valyuta mübadiləsi və əmək haqqı köçürmələri üzrə komissiyasız əməliyyat etmək imkanı əldə edəcəklər. 25 aprel-25 may 2024-cü il tarixlərini əhatə edən xüsusi kampaniyadan yararlananlar həm də hədiyyə əmək haqqı kartlarına da sahib olacaqlar.
Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:
- Biznes bank hesablarının açılması
- Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr
- Nağdsız ödənişlər
- Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil
- POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması
- Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması
- Biznes krediti və bank qarantiyaları
- Mobil POS, e-ticarət və "Kliklə ödə” xidmətləri
- Açıq Bankçılıq Xidmətləri
- Özəl tarif paketləri və s.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !