Birbank Biznes sahibkarlar üçün biznes proseslərini
asanlaşdırmağa davam edir. Belə ki, ölkədə ilk dəfə olaraq sərəncam
ödənişlərini mobil tətbiqdən etmək mümkündür. Bu funksionallıq onlara
hesablarına daxil olan sərəncamları filiala getmədən, vaxt itirmədən, günün
istənilən saatında rahatlıqla və operativ şəkildə ödəmək imkanı yaradır.
Bunun üçün sadəcə Birbank Biznes mobil tətbiqində
Sərəncamlar bölməsinə klik edərək sərəncamı seçib ödəniş etmək kifayətdir.
Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin
mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:
- Ölkədaxili və beynəlxalq köçürmələrin edilməsi
- Nağdsız valyuta mübadiləsi
- Biznes krediti üzrə müraciətlərin edilməsi
- Cari və kart hesabından QR-nağdlaşdırma
- Mobil POS sifarişi və əməliyyatların qəbulu
- Biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil
- Əməkhaqqı kartlarına mədaxil
- POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması
- Kliklə ödə xidməti
- Süni intellekt əsaslı "Çat” sorğu xidməti
- HÖP ödənişləri ( büdcə, kommunal və s.) xidmətinin həyata keçirilməsi
- Sərəncamlara nəzarət və s.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !