Birbank
Biznes xaricə köçürmə əməliyyatlarının optimallaşdırılması istiqamətində mühüm
yeniliklər tətbiq edib. Artıq müştərilər göstərilən xidmətlər və alınan
malların ödənişlərini daha rahat və sürətli həyata keçirə biləcəklər. Belə ki,
idxal və ixrac əməliyyatlarının tərkib hissəsi olan avans və yük gömrük
bəyamnamələrinin (YGB) ödəniş prosesi müştərilərin rahatlığı üçün
sadələşdirilib.
Yeniliklərdən
biri müştərilərin Dövlət Gömrük Komitəsinin səhifəsinə keçid etmədən birbaşa
Birbank Biznes platformasında gömrük avans kodunu yaratmaq imkanıdır. Qeyd edək
ki, bu xidmət ölkəmizdə bir ilkdir və məhz Birbank Biznes tərəfindən tətbiq
olunub. Bundan əlavə, müştərilərin gömrük avans kodu məlumatlarını avtomatik
dolduraraq əldə etməsi mümkün olacaq. Bu da məlumatların manual daxil edilməsi ehtiyacını
minimuma endirir və səhv ehtimalını tamamilə aradan qaldırır.
Yeni
köçürmə sistemi müştərilərə YGB nömrəsini əlavə etməklə müqavilə məlumatlarına,
YGB-nin ümumi dəyərinə və qarşı tərəf haqqında ətraflı məlumatlara sürətli
çıxış imkanı verir. Bu funksiya müştərilərə ödəniş etmək istədikləri YGB üzrə
aktual məlumatları daha rahat əldə etməyə və ödəniş prosesinin avtomatlaşdırılmasına
dəstək olur.
Eyni
zamanda, idxal-ixrac bölməsində müştərilər avans və ona uyğun YGB
məlumatlarını, ödənişlərin statuslarını izləyə bilərlər. Onu da qeyd etmək
lazımdır ki, Dövlət Gömrük Komitəsinin sistemində yaradılan avans ödənişləri
barədə məlumat avtomatik olaraq müştəriyə təqdim edilir və ödənişlərin
məsafədən tam idarə olunması təmin edilir.
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !