• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank-ın “10 001 hədiyyə” lotereyasının 1-ci tirajı yekunlaşdı

Birbank-ın “10 001 hədiyyə” lotereyasının 1-ci tirajı yekunlaşdı
14.11.2023 16:32
Xəbər verdiyimiz kimi ölkənin ilk rəqəmsal bankı Birbank-da 3 tirajdan ibarət "10 001 hədiyyə” lotereyası keçirilir. 13 noyabr tarixində lotereyanın ilk tirajı baş tutdu. Bu tirajda ümumilikdə 1 030 688 karta məxsus 9 475 857 şans iştirak edirdi. Canlı yayımda təsadüfi üsulla seçilən 3 333 kart ilk tirajın qalibi oldu. Uduş fonduna daxil edilən hədiyyələrdən 1 ədəd 10 000 AZN-lik pul mükafatı, 2 ədəd 1 000 AZN dəyərində səyahət paketi,  "Umico Market”dən 500 AZN dəyərində 30 ədəd hədiyyə kuponu, 1 000 ədəd 10 "Umico” bonusu və 2 300 ədəd 5 AZN dəyərində keşbek ilk tirajda sahiblərini tapdı. Qaliblər haqqında ətraflı məlumat: https://bir.bank/bbltqalib1

Xatırladaq ki, Birbank-ın "10 001 hədiyyə” lotereyası 15 dekabr tarixinədək davam edir. Lotereya Birbank kartları ilə ödəniş edən hər kəsə 1 ədəd 2 otaqlı mənzil, 10 000 AZN-lik pul mükafatları, səyahət paketləri qazanmaq şansı verir. Həmçinin "Umico Market”dən 500 AZN dəyərində hədiyyə kuponları, "Umico” bonusları və minlərlə keşbek qazandıran lotereyada iştirak etmək üçün şərtlər çox sadədir. 

Birbank debet və taksit kartları ilə 20 AZN və üzəri məbləğdə ödəniş edən hər kəs lotereyanın iştirakçısına çevrilir. Debet kartlarla ödəniş iştirakçılara 1, taksit kartla isə  Birbank tətbiqi ilə edilən köçürmələr, taksit və ninja əməliyyatları, nağdlaşdırma və digər növ maliyyə əməliyyatları istifadəçilərə 5 şans qazandırır. "Umico Market”də debet və taksit kartla alış-veriş isə müştərilərə daha 1 şans yaradır. QR ilə ödəniş isə istifadəçilərə əlavə 10 şans qazandırır. Lotereya haqqında ətraflı məlumat üçün: https://bir.bank/bbltrypr

Gün ərzində maksimum 20 əməliyyata görə şans qazanmaq mümkündür. İstifadəçilər yuxarıdakı linkdən FİN kodu daxil etməklə lotereyada iştirak şanslarını izləyə bilərlər. Lotereyanın növbəti tirajları 30 noyabr  və 27 dekabr tarixlərində keçiriləcək. Qaliblər hər tirajın sonunda, Kapital Bank-ın sosial media hesablarında və https://birbank.az saytında elan olunacaq. 

Xatırladaq ki, lotereyada uduş fonduna daxil olan 2 otaqlı mənzil "Xəzri Rezidens” yaşayış kompleksindəndir. Eyni zamanda dəniz mənzərəli "Xəzri Rezidens” yaşayış kompleksindən mənzil aldıqda  "Birbank” promo kodunu təqdim edən müştərilərə 12 000 AZN-dək endirim ediləcək. Endirim üçün: https://bir.bank/bbxzrpr.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, "1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
İqtisadiyyat 14:56
Azərbaycanda birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
10 ayda 401 mindən çox "ASAN İmza" sertifikatı verilib
İqtisadiyyat 12:27
10 ayda 401 mindən çox "ASAN İmza" sertifikatı verilib
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?
İqtisadiyyat 11:12
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?
Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu
İqtisadiyyat 11:07
Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu
Qızıl və gümüş yenidən bahalaşır
İqtisadiyyat 10:20
Qızıl və gümüş yenidən bahalaşır
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
İqtisadiyyat 09:36
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 09:27
“Brent” neft ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq
İqtisadiyyat 07:41
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol