Azərbaycanda 550 min nəfər nəqliyyatdan "Birbank” vasitəsilə istifadə edir. Bu barədə KapitalBankın İdarə heyəinin sədri Fərid Hüseynov məlumat verib.
"2024-cü ilin mayından 550 minə yaxın müştərimiz tərəfindən 4,5 milyon bilet yaradılıb. Rəqəmlər göstərir ki, müştərilərimiz bizdən məhz bu cür həllər gözləyir və yenilikləri də qısa zamanda mənimsəyirlər” - Fərid Hüseynov bildirib.
O həmçinin söyləyib ki, hazırda bank bu funksiyanın daha mükəmməl olması üzərində çalışır.
"Hazırda istifadə olunmayan bilet haqları müştərinin hesabına 3-30 gün ərzində qayıdır. Bu proses növbəlilik əsasında həyata keçirilir. Razıyam ki, bu istədiyimiz müştəri təcrübəsi deyil və daha yaxşı versiya üzərində işləyirik", Hüseynov vurğulayıb.
O həmçinin QR kod vasitəsilə alınan nəqliyyat biletlərinin 1 dəqiqə deyil daha çox müddət ərzində aktiv olması üzərində də mütəxəssislərin işlədiyini əlavə edib.
Birbank vasitəsilə yol pulunu ödəmək funksiyası bu ilin mayından aktivləşdirilib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !