BirBank “NETTY” mükafatı alıb

12:04 | 20.06.2019
BirBank “NETTY” mükafatı alıb

BirBank “NETTY” mükafatı alıb

Kapital Bank-ın BirBank mobil tətbiqi Azərbaycan Milli İnternet Mükafatı olan "NETTY” mükafatına layiq görülüb. BirBank "İlin mobil tətbiqi” nominasiyasında qalib seçilib.
 
NETTY Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin İT-bazarın inkişafı məqsədilə 2004-cü ildən yaradılan informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
 
Qeyd edək ki, BirBank tətbiqini 600 000 nəfərdən artıq istifadəçi App Store və Play Store-dan yükləyib. Hal-hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM