Ölkənin
ilk rəqəmsal bankı Birbank taksit kartı sahibi olan olan müştərilərinə yeni
imkanlar yaratmağa davam edir. "Trendyol” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən
yeniliklə artıq Birbank taksit kartı istifadəçiləri "Trendyol” mobil tətbiqindən
çıxmadan ödənişlərini taksitə bölə biləcəklər.
Belə ki,
artıq "Trendyol”da alış-veriş edən Birbank taksit kartı sahibləri ödənişlərini
2 və 3 aylıq taksitlə edə bilərlər. Bunun üçün istifadəçilər ödəniş edərkən
onlara mobil tətbiqin daxilində birdəfəlik ödənişlə yanaşı taksitli ödəniş
seçimi də veriləcək. Eyni zamanda Trendyol.az vebsaytında da müştərilər bu
funksiyadan yararlana biləcəklər. Qeyd edək ki, kampaniya 16-26 iyul 2024-cü il
tarixlərini əhatə edəcək.
Ətraflı məlumat
üçün link: https://kbl.az/trnpr
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !