Ölkənin ilk rəqəmsal bankı Birbank
taksit kartı sahibi olan müştərilərinə sərfəli alış-veriş fürsətləri yaratmağa
davam edir. Belə ki, 16 sentyabr 2024-cü il tarixinədək Birbank taksit kartı
sahibləri "Trendyol”dan istədikləri məhsulu sifariş edərək 6 aylıq faizsiz
taksit imkanından yararlana bilərlər.
Kampaniya çərçivəsində Birbank
taksit kartı istifadəçiləri ödənişlərini 6 aylıq taksitə "Trendyol” mobil
tətbiqindən çıxmadan bölə bilirlər. Bunun üçün "Trendyol” mobil tətbiqinin son
versiyasından istifadə edilməlidir. Müştərilər Trendyol.az vebsaytında da bu
funksiyadan yararlanmaq imkanına sahibdirlər. Kampaniya "Trendyol”da
"Azərbaycandan birbaşa al” seçimi ilə edilən sifarişlər üçün keçərlidir.
Ətraflı məlumat üçün link: https://kbl.az/tkpr
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !