Ölkənin ilk rəqəmsal bankı Birbank və Umico.az 4 noyabr 2024-cü il tarixində yeni "Super-meqa-bomba” adlı lotereyaya start verdi. Bu lotereya, istifadəçilərə böyük hədiyyələr qazanmaq şansı təqdim etməklə yanaşı, müştərilərə alış-verişlərini daha maraqlı və sərfəli edəcək.
Lotereyanın şərtlərinə əsasən Umico.az platformasında kreditlə 50 AZN və daha çox məbləğdə alış-veriş edənlər 3 şans, Birbank kartları ilə 50 AZN və daha çox məbləğdə alış-veriş edənlər 2 şans, digər ödəniş üsulları ilə 50 AZN və daha çox məbləğdə alış-veriş edən hər kəs isə 1 şans əldə edərək lotereyada iştirak edəcəklər.
10 tirajdan ibarət lotereyanın uduş fonduna 1500-dən çox hədiyyə daxildir. Hədiyyələr arasında məşhur elektronika məhsulları – "Dyson”, "iPhone”, "PlayStation”, "Apple Watch”, "AirPods”, "Honor Magicbook” və bir çox digər dəyərli hədiyyələr var. Lotereyanın əsas hədiyyəsi isə "ZEEKR 001 2024” avtomobili olacaq!
Ətraflı məlumat üçün: https://kbl.az/smbpr
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !