Bu dəfə iOS platformasında olan Appstore-da 50 mindən artıq istifadəçi tərəfindən 5 ulduzdan 4,9-nu, Android platformasındakı Play Store-da isə 140 mindən artıq istifadəçi tərəfindən 5 ulduzdan 4,8-ni məhz Birbank alıb. Bu da yüksək nəticə hesab olunaraq Birbank-ı öz seqmentinin ən yaxşısı olduğunu bir daha təsdiqləyir.
3 milyondan artıq istifadəçi tərəfindən yüklənən Birbank-ın bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, kredit və BirKart sifarişi, NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdılaşma, istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və s.
Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. Birbank-da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir. Ətraflı məlumat üçün www.birbank.az saytına müraciət edə bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !